Kursk vilayətində hazırkı durum necədir? - Rusiyalı generaldan AÇIQLAMA - VİDEO

Kursk vilayətində hazırkı durum necədir? - Rusiyalı generaldan AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Kursk vilayətində hazırkı durum necədir? - Rusiyalı generaldan AÇIQLAMA - VİDEO
205555
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində irəliləməsi dayandırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Ordusunun Baş Qərargah rəisi Valeri Gerasimov prezident Vladimir Putinin Kursk vilayətində vəziyyətlə bağlı güc strukturlarının rəhbərlərinin iştirakı ilə keçirdiyi müşavirədə bildirib.

Qoşunların operativ idarə olunması məntəqələrindən birindən müşavirəyə onlayn qoşulan Gerasimov Putinə məruzə edib ki, Ukrayna Silahlı Qüvvələri avqustun 6-da səhər saat 5:30-da 1000 nəfərədək hərbçidən ibarət qrupla Sudjen rayonunun bir hissəsini ələ keçirmək üçün hücuma keçib.

"Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna hərbçilərinin itkiləri 315 nəfər təşkil edib (ən azı 100 nəfər ölüb, 215 nəfər yaralanıb). 54 zirehli texnika, o cümlədən 7 tank məhv edilib. Əməliyyat düşməni məğlub etməklə və dövlət sərhədinə çatmaqla başa çatacaq”, - Gerasimov deyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO