Rusiyalı deputatın sifariş verdiyi qətlin təfərrüatı AÇIQLANDI

Rusiyalı deputatın sifariş verdiyi qətlin təfərrüatı AÇIQLANDI

Hazırda oxunan: Rusiyalı deputatın sifariş verdiyi qətlin təfərrüatı AÇIQLANDI
205019
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Federasiya Şurasının üzvü Dmitri Savelyevin cəzaçəkmə müəssisəsində biznes ortağı Sergey İonovun qətlini sifariş etməsi ilə bağlı bəzi detallar məlum olub.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, Sergey İonov Dmitri Savelyevin təsisçisi və senatorun oğlunun direktoru olduğu “Optomonitorinq” MMC-də 1,6 milyon rubl mənimsədiyini etiraf edib və ziyanın da bir qismini ödəyib.

Məhkəmə bu əməlinə görə Sergey İonovun 2,5 il azadlıqdan məhrum olunması barədə qərar verib.

Ancaq ziyanın bir qismini ödəməsinə və 2,5 il azadlıqdan mərhum olunmasına baxmayaraq, Dmitri Savelyev qisas almaq niyyətindən vaz keçməyib, cəzaçəkmə müəssisəsindəki Sergey İonovun qətlinin sifarişi üçün 10 milyon rubl ödəyib. Bu, ödənilən qisim çıxıldıqdan sonra vurulan ziyanla müqayisədə 10 dəfədən çoxdur.
 

Qeyd edək ki, avqustun 2-də Federasiya Şurasının iclasında toxunulmazlığı ləğv edilən senator saxlanılıb. Dmitri Savelyev Rusiyanın Federal Penitensiar Xidmətinin keçmiş əməkdaşına Sergey İonovun qətlini sifariş verməkdə şübhəli sayılıb.


Sergey İonov cəzaçəkmə müəssisəsində qətlə yetirilib, sonra isə saxta təcili yardım çağırış kartı və meyitin müayinəsi üçün protokol tərtib edilib. Bu məlumat ona çatdırıldıqdan sonra Dmitri Savelyev 10 milyon rubl (100 min dollar) qonorarı qatilə verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO