Orbanın korteji Almaniyada qəzaya düşdü - FOTO

Orbanın korteji Almaniyada qəzaya düşdü - FOTO

Hazırda oxunan: Orbanın korteji Almaniyada qəzaya düşdü - FOTO
198915
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Macarıstanın baş naziri Viktor Orbanın korteji Almaniyanın Ştutqart şəhərində hava limanına gedərkən qəzaya düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Bild nəşri yazıb.

Mənbə qeyd edir ki, korteji müşayiət edən polislərdən biri dünyasını dəyişib.

Qəzanın hava limanından təxminən 8 kilometr aralıda baş verdiyi deyilir.

Belə ki, BMW-nin sürücüsü, 69 yaşlı qadın Orbanın korteji üçün yaradılan maneəni görməyib və Macarıstan baş nazirinin avtomobilini müşayiət edən polisin motosikletinə çırpılıb. 

İkinci motosiklet şlaqbaumda gözləyən avtomobillərin üzərinə düşüb və toqquşma nəticəsində alışıb.

Qəza zamanı hər iki zabit ağır yaralanıb. 61 yaşlı polis xəstəxanaya aparıldıqdan bir müddət sonra dünyasını dəyişib.

Xatırladaq ki, Viktor Orban futbol üzrə Avropa çempionatının oyunlarına baxmaq üçün Almaniyada olub.

Orbanın korteji Almaniyada qəzaya düşdü - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO