Qırğızıstanda sərhəd münaqişəsində ölənlərin sayı 33-ə çatdı

Qırğızıstanda sərhəd münaqişəsində ölənlərin sayı 33-ə çatdı

Hazırda oxunan: Qırğızıstanda sərhəd münaqişəsində ölənlərin sayı 33-ə çatdı
19752
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qırğızıstan-Tacikistan sərhədində baş verən silahlı münaqişə nəticəsində yaralananların sayı 166 nəfərə, həlak olanların sayı isə 33 nəfərə yüksəlib.

Bizim.Media xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə nazirinin müavini Jalaliddin Rahmatullayev Interfax agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, güllə yarası nəticəsində həlak olan daha iki Qırğızıstan vətəndaşının cəsədi Batken vilayətinin Leylek rayonunda aşkarlanıb.

Eyni zamanda, münaqişə nəticəsində Tacikistan tərəfindən 90-dan çox insanın yaralandığı, 10 nəfərin isə həlak olduğu bildirilir.

Qeyd edək ki, sərhədlərin dəqiq delimitasiya olunmaması səbəbindən bu regionda mütəmadi münaqişələr baş verir. Belə ki, 972 kilometrlik Tacikistan-Qırğızıstan sərhədinin 519 kilometrində sərhədlər müəyyən edilsə də, 375 kilometri hələ də razılaşdırılmayıb.

Aprelin 29-da Qırğızıstan və Tacikistanın sərhədyanı rayonlarında yerli əhali arasında başlayan növbəti münaqişə sərhədçilərin silahlı qarşıdurması ilə nəticələnib.

Həmin gün axşam saatlarında Bişkek və Düşənbə arasında atəşkəs barədə razılığın əldə olunmasına baxmayaraq, növbəti gün atışmalar yenidən bərpa olunub. Aprelin 30-da tərəflər yekun atəşkəsə nail olduqları barədə məlumat yaysalar da, mayın 1-də sərhəddə vəziyyət yenidən kəskinləşib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO