ABŞ Nümayəndələr Palatasına MƏKTUB -

ABŞ Nümayəndələr Palatasına MƏKTUB - "Ermənistan mina xəritələrini..." - FOTO

Hazırda oxunan: ABŞ Nümayəndələr Palatasına MƏKTUB - "Ermənistan mina xəritələrini..." - FOTO
19005
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının idarə heyəti Ermənistanın mina xəritələri ilə bağlı yolverilməz davranışına etiraz əlaməti olaraq bu ölkədəki beynəlxalq təşkilatlara və ABŞ-nın Nümayəndələr Palatasının üzvlərinə məktubla müraciət ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, məktubda deyilir: 
 

MÖVZU İLƏ BAĞLI:

Beynəlxalq təşkilatlara Ermənistanın mina xəritələrini verməkdən imtinası ilə bağlı müraciət edildi 


“Ermənistanın minalanmış ərazilərlə bağlı məlumat verməkdən imtina etməsi, bu ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə əngəl yaradır. Bu gün mülki vətəndaşlar və hərbi qulluqçular Ermənistan tərəfindən Azərbaycan ərazilərinə basdırılmış minalar səbəbindən həyat və sağlamlıqlarını itirirlər.

Bölgədə davamlı sülhün təmin edilməsinə yönəlmiş 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanat, Ermənistanla Azərbaycan arasındakı bütün hərbi fəaliyyətlərə son qoydu. İndi azad edilmiş torpaqlarda hamı üçün təhlükəsiz və dinc bir mühit təmin etməyin vaxtı gəldi.
 

Ancaq bir milyona yaxın məcburi köçkün hələ də minalar qoyulduğu üçün öz evlərinə qayıda bilmir. Tərəflər bütün məsələləri danışıqlar masasında həll etməyə razı olsalar da, Ermənistan Azərbaycanın azad edilmiş torpaqlarında minalanmış ərazilərin xəritələrini təqdim etmir”.


Qeyd edək ki, müvafiq məktublar BMT-nin, “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarının ABŞ-dakı nümayəndəliyinə də göndərilib.

Bizim.Media

ABŞ Nümayəndələr Palatasına MƏKTUB -
ABŞ Nümayəndələr Palatasına MƏKTUB -

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO