Ukrayna XİN Azərbaycan-Ermənistan arasında son razılaşma ilə bağlı BƏYANAT YAYDI

Ukrayna XİN Azərbaycan-Ermənistan arasında son razılaşma ilə bağlı BƏYANAT YAYDI

Hazırda oxunan: Ukrayna XİN Azərbaycan-Ermənistan arasında son razılaşma ilə bağlı BƏYANAT YAYDI

189838

Ukrayna Xarici İşlər Nazirliyi 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında dövlətlərarası sərhədin delimitasiyası ilə bağlı Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaları alqışlayır.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Azərbaycan və Ermənistan arasında dövlət suverenliyinə hörmət, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının tanınması, ziddiyyətlərin sülh yolu ilə həlli, güc tətbiq etməkdən və ya güc təhdidindən imtina etmək əsasında sərhədin delimitasiyası ölkələr arasında münasibətlərin normallaşması və regionda sabitlik və təhlükəsizliyin təmin edilməsinin zəruri şərtidir.

Rusiyanın təcavüzkar siyasəti və Rusiyanın Baltikyanı ölkələrə, Qara dəniz regionuna, Cənubi Qafqaza və Mərkəzi Asiyaya davamlı təhdidləri şəraitində Azərbaycan və Ermənistan arasında dövlətlərarası sərhədin delimitasiyası üzrə razılığın əldə edilməsi sabitliyin mühüm amilidir.
Biz tərəflərin əldə etdiyi razılaşmaların praktiki olaraq uğurla həyata keçirilməsinə ümid edirik”, - deyə bəyanatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO