Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Hazırda oxunan: Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

189641

Türkiyənin Xarici İşlər Nazirliyi Fransa Milli Assambleyasının 29 aprel 2024-cü il tarixli assuriyalılar və keldanilər haqqında qərarında Osmanlı dövrünə dair hüquqi və tarixi əsası olmayan ittihamlar irəli sürməsi ilə bağlı bəyanat yayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Bəyanata əsasən, Fransa Milli Assambleyasının qəbul etdiyi qərarın əsassız olduğunu vurğulayıb: “Ötən il Fransa hökuməti Senatının (parlamentin yuxarı palatası – red.) qəbul etdiyi oxşar qərarı dəstəkləmədiyini açıqlamışdı. Hakim partiyanın deputatları tərəfindən bu dəfə də eyni əsassız ittihamların assambleyanın müzakirəsinə çıxarılması siyasi maraqlar naminə tarixi təhrif etmək cəhdinin bir nümunəsidir.

Parlamentlərin tarixi şərh etmək və mühakimə etmək səlahiyyəti yoxdur”.

Həmçinin qeyd edilib ki, bu qərar həm də BMT Baş Assambleyasının soyqırımı cinayətinin yalnız səlahiyyətli məhkəmə tərəfindən ittiham oluna biləcəyini nəzərdə tutan 1948-ci il tarixli “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyasına ziddir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO