Türkiyə aviaşirkətləri Yaxın Şərqin dörd ölkəsinə uçuşları dayandırdı

Hazırda oxunan: Türkiyə aviaşirkətləri Yaxın Şərqin dörd ölkəsinə uçuşları dayandırdı

187126

“Turkish Airlines” və “Pegasus” aviaşirkətləri İran, İraq, İordaniya və Livana uçuşların dayandırılması barədə qərar qəbul ediblər.

Bizim.Media xəbər verir ki, qərar İranın İsrailə hücumu ilə bağlı Yaxın Şərqdə yaranan, eyni zamanda, ayrı-ayrı dövlətlərdə hava məkanının bağlanması ilə nəticələnən yeni gərginlik dalğası fonunda verilib.

Türkiyə aviaşirkətləri rəhbərlərinin məlumatına görə, dörd ölkəyə reyslər azı sutka ərzində həyata keçirilməyəcək. Adıçəkilən ölkələr istiqamətində uçan təyyarələr qərar qəbul edildiyi məqamda Türkiyənin İstanbul, Diyarbəkir, Elazığ və digər şəhərlərinə yönəldilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO