NATO-nun Şimali Avropadakı quru qüvvələrinin qərargahı Finlandiyada yerləşəcək

Hazırda oxunan: NATO-nun Şimali Avropadakı quru qüvvələrinin qərargahı Finlandiyada yerləşəcək

186613

NATO-nun Şimali Avropadakı quru qüvvələrinin qərargahı Finlandiyada yerləşəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Norveçin müdafiə naziri Byorn Arild Qram Finlandiyanın “İltaLehti” qəzetinə müsahibəsində bildirib.

Nəşr qeyd edir ki, qərargahın Rusiya ilə sərhəddən təxminən 140 kilometr aralıda Finlandiyanın Mikkeli şəhərində yerləşdirilməsi planlaşdırılır. O, Şimali Atlantika Alyansının ABŞ-ın Norfolk şəhərindəki qərargahına hesabat verəcək.
Qəzetin yazdığına görə, bu, gecə-gündüz fəaliyyət göstərən yüksək hazırlıqlı qərargah olacaq.

Daha əvvəl Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuznetsov bildirib ki, iki ölkə sərhədi potensial eskalasiya zonasına çevrilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO