İqtisadçı ekspert Cəfər İbrahimli AzMİU tələbələri üçün master-klass keçdi - FOTO 

İqtisadçı ekspert Cəfər İbrahimli AzMİU tələbələri üçün master-klass keçdi - FOTO 

Hazırda oxunan: İqtisadçı ekspert Cəfər İbrahimli AzMİU tələbələri üçün master-klass keçdi - FOTO 
189759
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Assist Finans” İnvestisiya şirkətinin direktoru, iqtisadçı ekspert Cəfər İbrahimli Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tikinti - iqtisad fakültəsində (TİF) təhsil alan tələbələrə “Azərbaycanda kapital bazarı və iqtisadiyyatın maliyyələşmə imkanları” mövzusunda master-klass keçib. 

Bizim.Media “redaktor.az”a istinadən xəbər verir ki, görüşdə tələbələrlə yanaşı, AzMİU-nun Elm və İnnovasiya məsələləri üzrə prorektoru professor Nigar Aslanova, TİF fakültəsinin dekanı dosent Turan Aslanova, dekan müavini Ayyət Abdullayev və Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Günel İmamquliyeva da iştirak edib. 

Dekan Turan Aslanova master-klas əhəmiyyətinə diqqət çəkib və sözü şirkətin direktoru Cəfər İbrahimliyə verib. 

İqtisadçı ekspert Cəfər İbrahimli AzMİU tələbələri üçün master-klass keçdi - FOTO  - foto 4

Qonaq mövzuya uyğun olaraq Azərbaycanda kapital bazarı və iqtisadiyyatın maliyyələşmə imkanlarından bəhs edib. Azərbaycanın kapital bazarındakı peşəkar iştirakçılara diqqət çəkib, bundan başqa o, qiymətli kağızların növlərindən söz açıb. Həmçinin C.İbrahimli kapital bazarında aparılan əməliyyatın sxemini təqdim edib və buna dair müfəssəl izahlar verib.

İnvestisiya şirkətinin əsas xidmətlərinə toxunan təlimçi qeyd edib ki, bu sahəyə əsasən qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi daxildir. 

İqtisadçı ekspert Cəfər İbrahimli AzMİU tələbələri üçün master-klass keçdi - FOTO  - foto 5

IPO (İlkin Kütləvi Təklif) və onun üstünlükləri barədə də informasiya verən təlimçi tikinti və iqtisadiyyat sahələrində həyata keçirilən layihələr və onların icra mərhələlərindən də danışıb. Layihənin emitent və investor üçün üstünlüklərini sadalayıb.

Bununla yanaşı, C.İbrahimli korporativ istiqrazlar, kapital bazarında investisiyaların bank əmanətləri ilə müqayisəsi və üstünlüklərinə dair təfsilatlı, dolğun məlumatlar verib. 

İnteraktiv formada təşkil olunan görüş sual-cavab formatında davam edib və sonda xatirə fotosu çəkdirilib. 

İqtisadçı ekspert Cəfər İbrahimli AzMİU tələbələri üçün master-klass keçdi - FOTO  - foto 1
İqtisadçı ekspert Cəfər İbrahimli AzMİU tələbələri üçün master-klass keçdi - FOTO  - foto 2
İqtisadçı ekspert Cəfər İbrahimli AzMİU tələbələri üçün master-klass keçdi - FOTO  - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO