Zəhərlə yazılan 4 ölümcül KİTAB 

Zəhərlə yazılan 4 ölümcül KİTAB 

Hazırda oxunan: Zəhərlə yazılan 4 ölümcül KİTAB 

189775

Fransa Milli Kitabxanasında 19-cu əsrə aid üzlükləri yüksək dozalı zəhərlə işlənmiş dörd kitab aşkar edilib. Bu kitablar rəflərdən çıxarılıb və zəhərin yoxlanılması üçün karantinə alınıb.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, İngiltərədə istehsal olunan qədim kitabların üz qabığı o dövrdə kitabları rəngləmək üçün geniş istifadə olunan arsen adlı maddə ilə örtülərək yaşıl rəngə salınıb.

Müsadirə edilən kitablar “Kral Bağçılıq Cəmiyyəti” ( 862-1863), Edvard Hayesin “İrlandiya balladası”nın iki cildi, (1855), Henri Stenlinin “Rumıniya poeziya antologiyası” (1856) əsərləridir.

Fransa Milli Kitabxanasının sözçüsü bildirib ki, kitablar karantinə alınıb və xarici laboratoriya hər cilddə nə qədər arsenin olduğunu müəyyən etmək üçün analizlər aparacaq. 2019-cu ildən bəri Delaver Universitetindəki Poison Book komandası zəhərli ağır metallar daşıyan kitabları öyrənir və aşkarlanan təhlükəli kitablar anbarlarda xüsusi rəflərdə saxlanılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO