Şimal-Qərb bölgəsində 94 məktəbə yeni direktor təyin edilib - FOTO

Şimal-Qərb bölgəsində 94 məktəbə yeni direktor təyin edilib - FOTO

Hazırda oxunan: Şimal-Qərb bölgəsində 94 məktəbə yeni direktor təyin edilib - FOTO

189783

Son iki ildə Şimal-Qərb bölgəsində 94 məktəbə yeni direktor təyin edilib.

Bizim.Media-nın yerli bürosu Şəki-Zaqatala Regional Təhsil İdarəsinə istinadən xəbər verir ki, bir neçə gün əvvəl bölgə məktəblərindən daha 9-a yeni direktorlar təyin ediliməklə onların sayı 94-ə yüksəlib.   

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə yeni təyin olunan məktəb direktorları ilə görüş onların qarşısında mühüm vəzifə və tapşırıqlar qoyulub. 

Belə ki, ilk növbədə tədrisin təşkili, idarəetmə, kadr münasibətlərinin tənzimlənməsinə ciddi riayət olunması tövsiyyə edilib. Eləcə də ümumi təhsil müəssisələrində keyfiyyətə nəzarət mexanizminin təkmilləşdirilməsi, sağlam və yaradıcı mühitin təmin olunması başlıca şərt kimi tələb edilib. Bununla yanaşı məktəb-ailə və müəllim-şagird münasibətlərinin inkişafı, şagirdlərin davamiyyəti, məktəblərdə təhlükəsizlik və digər məsələlər barədə tövsiyələr verilib. 

Daha sonra yeni drektorları maraqlandıran suallara aydınlıq gətirilib.




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO