Sumqayıtda narkotik qəbul edib maşın sürən 27 nəfər saxlanıldı – FOTO/VİDEO  

Sumqayıtda narkotik qəbul edib maşın sürən 27 nəfər saxlanıldı – FOTO/VİDEO  

Hazırda oxunan: Sumqayıtda narkotik qəbul edib maşın sürən 27 nəfər saxlanıldı – FOTO/VİDEO  
189781
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sumqayıt şəhəri ərazisində kobud qayda pozuntularına yol verən sürücülərə qarşı profilaktik tədbir keçirilib. 

Bizim.Media DİN-ə istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər davam etdirilir. Sonuncu tədbir zamanı avtomobili narkotiklərin təsiri altında idarə edən 2 sürücü – Yusif Cəbrayılov və Həsən Hüseynov saxlanılıb.

Tibbi müayinə zamanı onların marixuana və metamfetamin qəbul edərək sükan arxasında əyləşdikləri müəyyən olunub. Hər iki sürücü barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. 

Tədbir zamanı avtomobili spirtli içki qəbul edərək idarə edən 3 sürücü müəyyən olunaraq saxlanılıb. Həmin sürücülər barəsində qanunla nəzərdə tutulan qaydada inzibati protokol tərtib olunub. 

Tədbir zamanı avtomobilin konstruksiyasında dəyişikliyə yol verən, nəqliyyat vasiəsini dövlət qeydiyyat nişanı olmadan idarə edən və digər kobud qayda pozuntularına yol verən sürücülər də saxlanılıblar. 

Qeyd edilib ki, bu ilin əvvəlindən Sumqayıt ŞPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən avtomobili sərxoş vəziyyətdə idarə edən 67, nəqliyyat vasitəsini narkotik maddələrin təsiri altında idarə edən 27 sürücü aşkar olunub. 

Sumqayıt şəhəri ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcəkdir. 
 



Sumqayıtda narkotik qəbul edib maşın sürən 27 nəfər saxlanıldı – FOTO/VİDEO   - foto 1
Sumqayıtda narkotik qəbul edib maşın sürən 27 nəfər saxlanıldı – FOTO/VİDEO   - foto 2

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO