İbtidai siniflər üçün yaz tətili BAŞLADI 

İbtidai siniflər üçün yaz tətili BAŞLADI 

Hazırda oxunan: İbtidai siniflər üçün yaz tətili BAŞLADI 

189853

Azərbaycanın orta məktəblərində bu gündən ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili başlayır. 

Bizim.Media xəbər verir ki, ibtidai siniflər üçün mayın 6-sı dərs günüdür. 

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir. 16-20 noyabr payız tətili, 27-31 yanvar qış tətili, 1-5 may ibtidai siniflər üçün əlavə yaz tətili müəyyən edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO