Qərbin iflasa uğrayan “Kosovo” variantı, ortaya atılan “Vilson” planı... – ŞƏRH 

Qərbin iflasa uğrayan “Kosovo” variantı, ortaya atılan “Vilson” planı... – ŞƏRH 

Hazırda oxunan: Qərbin iflasa uğrayan “Kosovo” variantı, ortaya atılan “Vilson” planı... – ŞƏRH 

186413

Təəssüf ki, Qərb özünün Cənubi Qafqazla bağlı planlarını həyata keçirmək üçün əksər hallarda region ölkələrinin, xüsusən də Azərbaycanın maraqlarına cavab verməyən addımlar atmağa çalışır. 

44 günlük müharibədən sonra Qərb Qarabağ məsələsini Kosovo nümunəsinə oxşatmağa çalışaraq, onu daha da böyütmək istəyirdilər. Onlar Qarabağda da Kosovoya bənzər yerli özünüidarə forması qurulmasına çalışırdılar. 
 

MÖVZU İLƏ BAĞLI:

İranın növbəti İKİÜZLÜLÜYÜ – Qərbi regiona gətirən Ermənistana susur, Azərbaycana gələndə isə...


Buna görə 3 il ərzində Qərb tərəfindən “humanitar fəlakət” bəhanəsi ilə Azərbaycana qarşı təzyiq kampaniyası aparıldı. Lakin Azərbaycanın ötən ilin payızında həyata keçirdiyi antiterror tədbirləri Qərbin bu planını pozdu. İndi isə qarşı tərəf “Vilson” planını tətbiq etməkdən danışır. ABŞ XX əsrin əvvəlində mövcud olan “Vudro Vilson planı”nı yeni qiyafədə canlandırmaq istəyir. 

Görəsən, Qərb “Kosovo” planının iflasa uğraması fonunda niyə indi də “Vilson” planını işə salmaq istəyir? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirir ki, Qərb hansı planı istəyir gerçəkləşdirsin, hansı planı istəyir işə salsın, real sahədə vəziyyət artıq tamamilə başqadır:

“Qərbin bunda məqsədi öz maraqlarının təmin edilməsinə nail olmaqdır. Amma Azərbaycan ərazisinə hansısa bir şəkildə erməni qaytarmaq, erməniləri bu ərazidə hansısa bir ərköyün varlıq kimi qorumaq mümkün olmayacaq. O, baxımdan da “Kosovo” və yaxud “Vilson” kimi planlar əhəmiyyətsiz məsələlərdir. 

Bu planların hər ikisi iflasa uğrayıb. 

Onu heç Ermənistanın özü də təqdir etmir. Təqdir etsəydi, israrla Qarabağ məsələsini gündəmdə saxlayardı. İrəvanın da marağına uyğun olmadığına görə, bütün bu kimi addımlar mənasız cəhdlərdir. Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan bütün addımların qarşısını alacağıq. Belə planları hər hansı bir şəkildə həyata keçirmək mümkün olmayacaq”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO