Rusiyada qubernatoru bıçaqlayan şəxs HƏBS EDİLDİ

Hazırda oxunan: Rusiyada qubernatoru bıçaqlayan şəxs HƏBS EDİLDİ

185972

Rusiyanın Murmansk vilayətinin qubernatoru Andrey Çibisi bıçaqlamaqda şübhəli bilinən Aleksandr Bıdanov iki ay müddətinə həbs olub.

Bizim.Media ölkə mətbuatına istinadən xəbər verir ki, hadisədən sonra saxlanılarkən ayağından yaralandığı üçün xəstəxanada müalicə olunan Bıdanovun məhkəməsi səyyar keçirilib. 

Saxlanılan şəxs ifadəsində qubernatoru görüş zamanı davranışından narazı qaldığı üçün bıçaqladığını etiraf edib.

Qeyd edək ki, Andrey Çibis ötən gecə Apatitı şəhər sakinləri ilə görüşdən sonra mədəniyyət mərkəzindən çıxarkən bıçaqlanıb. Qubernator xəstəxanaya yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO