İstanbulda Tacikistan və Qırğızıstan vətəndaşları tutuldu - SƏBƏB

İstanbulda Tacikistan və Qırğızıstan vətəndaşları tutuldu - SƏBƏB

Hazırda oxunan: İstanbulda Tacikistan və Qırğızıstan vətəndaşları tutuldu - SƏBƏB

185237

İstanbulda polis Tacikistan və Qırğızıstan vətəndaşları olan iki nəfəri İslam Dövləti terror təşkilatı adından terror aktı hazırlamaqda şübhəli bilinərək saxlayıb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.

Mənbə yazır ki, Türkiyə əks-kəşfiyyatı 37 yaşlı Tacikistan vətəndaşı Faşçıljon A. və Qırğızıstandan olan 41 yaşlı Zülfiyyə S.-nin saxlanılması üçün əməliyyat keçirmək qərarına gəlib.

Dindirilmə zamanı saxlanılan şəxslər zorakılıq aktı hazırladıqlarını etiraf ediblər.

Prokurorluğun qərarı ilə Tacikistan vətəndaşı həbs edilib, onun şəriki isə Türkiyədən çıxarılıb.

Türkiyə təhlükəsizlik qüvvələri demək olar ki, hər gün İŞİD-ə qarşı əməliyyatlar keçirir. Martın 31-də keçirilən yerli seçkilər günü respublikanın Daxili İşlər Nazirliyi İstanbul da daxil olmaqla, İslam Dövləti ilə əlaqədə şübhəli bilinən 51 nəfərin saxlandığını elan edib.

Ötən həftənin əvvəlində Türkiyə Daxili İşlər Nazirliyi İŞİD-lə əlaqəsi olan 147 şübhəlinin saxlanıldığını bildirib. İl ərzində nazirliyin məlumatına görə, respublikada terror təşkilatının 3 minə yaxın tərəfdarı saxlanılıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO