“Titanik” filmindəki qapı hərracda 718 min dollara satıldı

“Titanik” filmindəki qapı hərracda 718 min dollara satıldı

Hazırda oxunan: “Titanik” filmindəki qapı hərracda 718 min dollara satıldı
184404
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Heritage Auctions” Hərrac evi Hollivud filmlərinin xatirə əşyalarının hərracında “Titanik” filminin sonunda Keyt Uinsletin qəhrəmanının xilas olmaq üçün istifadə etdiyi məşhur qapını hərraca çıxarıb. Hərracın gedişində lot 718 min dollara çatıb və başlanğıc qiyməti - 40 min dolları xeyli ötüb.

Bizim.Media “The Hollywood Reporter” nəşrinə istinadən xəbər verir ki, Halifax Dəniz Muzeyinin XV Lui üslublu dekorativ panelinə heyrətamiz dərəcədə bənzəyən bu rekvizit “Titanik” filminin ən maraqlı səhnəsini əks etdirir. Qapının uzunluğu 2,44 metr, eni isə 1,04 metrdir.

Qapıdan əlavə, hərraca “The Shining” filmindən balta, 1984-cü ildə çəkilmiş “İndiana Cons”dan qamçı və “Titanik”in finalında Keyt Uinsletin şifon paltarı daxil edilib. Sonuncu rekvizit 125 min dollara satılıb. Bu əşyaların yeni sahiblərinin adları açıqlanmayıb.

Alıcıların əldə etdikləri digər auksion əşyalarına “Kingpin”dən qırmızı qızılgüllərlə boulinq topu (350.000 dollar) və “Hörümçək Adam 3”dən Tobey Maguirenin qara kostyumu (125.000 dollar) daxildir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO