Ötən bir həftə ərzində yoluxmalar rekord həddə çatıb – ÜST-dən açıqlama

Ötən bir həftə ərzində yoluxmalar rekord həddə çatıb – ÜST-dən açıqlama

Hazırda oxunan: Ötən bir həftə ərzində yoluxmalar rekord həddə çatıb – ÜST-dən açıqlama
18418
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən bir həftə ərzində dünya üzrə koronavirusa yoluxma halları rekord həddə çatıb.

Bizim.Media xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, ötən həftə yeni yoluxma hallarının sayı 5,2 milyon olub.

Beynəlxalq qurumun baş direktoru Tedros Qebreyesus bildirib ki, artıq səkkiz həftədən bəri yoluxmaların, beş həftədən bəri isə ölüm hallarının sayı artmaqdadır.

Beynəlxalq ekspertlər artım statistikası ilə yanaşı infeksiyaya yoluxan və xəstəxanaya yerləşdirilən xəstələrin arasında 25-59 yaşlı şəxslərin sayının çoxalmasından narahatdırlar. Bu bir tərəfdən virusun daha yoluxucu mutasiyaları, digər tərəfdən isə bu yaş qrupundakı insanların daha çox sosial təmaslarda olması ilə izah olunur.

T. Qebreyesus həmçinin bildirib ki, pandemiya bir neçə ay içində nəzarət altına alına bilər. Bunun üçün isə ilk növbədə bütün mümkün tədbirlər qətiyyətlə həyata keçirilməli və bütün dünyanı əhatə etməlidir. Buraya əlləri təmiz yumaq kimi adi gigiyenik qaydalar, məsafə saxlanması və maskadan istifadə etməklə yanaşı vaksinasiya kampaniyasının genişləndirilməsi daxildir.

ÜST rəhbəri dünyanın zəngin ölkələrini həmrəylik göstərməyə və peyvəndlə təminatda yoxsul ölkələri dəstəkləməyə çağırıb.

Qeyd edilib ki, bəzi zəngin ölkələrdə əhali arasında hər dörd nəfərdən biri artıq peyvənd olunduğu halda, yoxsul ölkələrdə hər 500 nəfərdən biri bu imkandan yararlana bilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO