Ukraynadakı hədəflərə 49 cavab zərbəsi endirilib - Moskvadan rəsmi AÇIQLAMA

Ukraynadakı hədəflərə 49 cavab zərbəsi endirilib - Moskvadan rəsmi AÇIQLAMA

Hazırda oxunan: Ukraynadakı hədəflərə 49 cavab zərbəsi endirilib - Moskvadan rəsmi AÇIQLAMA
183747
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Müdafiə Nazirliyindən Ukraynaya səhər saatlarında kütləvi raket zərbəsi endirilməsi ilə bağlı rəsmi məlumat yayıb.

Bizim.Media xəbər verir ki, məlumatda martın 16-dan 22-dək Rusiya ərazisinin atəşə tutulması, yaşayış məntəqələrini yarmaq və ələ keçirmək cəhdlərinə cavab olaraq Rusiya hərbçilərinin Ukraynadakı hədəflərə 49 cavab zərbəsi endirdiyi bildirilib.

"Bu gün enerji obyektlərinə, hərbi-sənaye kompleksinə, dəmir yolu qovşaqlarına, arsenallara, Ukrayna Silahlı Qüvvələrinin və xarici muzdluların yerləşdiyi yerlərə kütləvi zərbələr endirilib.
Zərbə nəticəsində silah, hərbi texnika və sursat istehsal edən və təmir edən sənaye müəssisələrinin fəaliyyəti dayandırılıb.

Bundan başqa, NATO ölkələrindən Ukraynaya gətirilən xarici hərbi texnika və silahlar məhv edilib, düşmən ehtiyatlarının cəbhə xəttinə keçirilməsi pozulub, döyüş qabiliyyətinin bərpa olunduğu ərazilərdə Ukrayna Silahlı Qüvvələrinin bölmələri və muzdluları məhv edilib", - deyə Rusiya MN-nin məlumatında qeyd olunub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO