Türkiyə Ermənistanla sərhəddə divar tikəcək

Türkiyə Ermənistanla sərhəddə divar tikəcək

Hazırda oxunan: Türkiyə Ermənistanla sərhəddə divar tikəcək

182734
Türkiyə hökuməti Suriya ilə sərhəddə təhlükəsizlik divarının tikintisini yekunlaşdırdıqdan sonra, belə bir layihənin Ermənistan və İran sərhədlərində də gerçəkləşdirmək niyyətindədir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə ANFNews informasiya agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Ermənistanla sərhəddə üç metr hündürlüyündə olacaq beton bloklardan ibarət divar Türkiyənin Ardahan, Qars və İğdır vilayətləri boyunca ucaldılacaq.

Divarla yanaşı sərhəddə işıqlandırma sistemi, müşahidə kameraları və sensorlar quraşdırılacaq.xa0

Bildirilir ki, Türkiyə bu addımı terrorçuluqla mübarizə çərçivəsində atır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO