Rusiya ordusu Krivoy Roqu vurdu, Zelenskidən qisas vədi gecikmədi - FOTO/VİDEO 

Hazırda oxunan: Rusiya ordusu Krivoy Roqu vurdu, Zelenskidən qisas vədi gecikmədi - FOTO/VİDEO 

182318

Rusiya hərbçiləri Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinə zərbələr endirərək hündürmərtəbəli yaşayış binasını vurublar.

Bizim.Media xəbər verir ki, nəticədə partlayış baş verib, bundan sonra hündürmərtəbəli binada yanğın başlayıb. 

Dnepropetrovsk Vilayət Polis İdarəsinin rəisi Sergey Lısak bildirib ki, hazırki məlumata görə, hücum nəticəsində 3 nəfər həyatını itirib, 48 nəfər yaralanıb, onlardan 10-u uşaqlardır.

Ukrayna Prezidenti Volodimir Zelenski ərazidəki xilasetmə əməliyyatının görüntülərini “Telegram” kanalında yayımlayıb.

“Biz cavab verəcəyik, Rusiya itirməkdə davam edəcək. Ukrayna ordusu bu gün dinc sakinlərin həlak olması və yaralanması ilə nəticələnən Krivoy Roqda hündürmərtəbəli binanın atəşə tutulmasına cavab olaraq, rus işğalçılarına itkilər verəcək. Biz Rusiya dövlətinə cavab itkiləri verəcəyik. Buna tamamilə haqqımız çatır.

Kremldəkilər terrorun onlar üçün cəzasız qalmayacağına öyrəşməlidirlər. Söz verirəm ki, Rusiya itirməkdə davam edəcək”, - deyə Zelenski qeyd edib.

 





Bizim.Media

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO