Moderator.az - ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Tramp ölkə iqtisadiyyatında yalnız varlı şəxslərin işləməli olduğunu deyib. Trampın bu fikirinə tənqidi yanaşan jurnalistlərə isə ABŞ prezidenti bildirib ki, “bu bizim düşüncə tərzimizdir və belə hesab edirəm ki, iqtisadiyyat sahəsindəki idarəetmədə varlıların olması vacibdir. Mən kasıbların bu sahədə işləməsinin qəti olaraq əleyhinəyəm. Məhz bu səbəbə görə də iqtisadi yerlərə maddi imkanı yüksək olan şəxsləri işə dəvət edirəm".xa0
ABŞ mətbuatının apardığı araşdırmadan sonra isə məlum olub ki, Donald Trampın vəzifə verdiyi şəxslərin birgə sərvəti 15 milyard dollardır. Donald Trampın sərvəti isə 5 milyard dollardır.

































































































