İlan oynadaraq pul qazanan Saperalar qəbiləsi- FOTOLAR

İlan oynadaraq pul qazanan Saperalar qəbiləsi- FOTOLAR

Hazırda oxunan: İlan oynadaraq pul qazanan Saperalar qəbiləsi- FOTOLAR

181756
Hindistanda zəhərli ilanları tutaraq dişlərini çıxaran ilginc “Saperalar”x9d qəbiləsi var. Bu qəbilənin adamları çox vaxtı özləri ilə zəhərli kobra ilanını gəzdirirlər. Dolanışıqları isə ilan oynatmaqdan çıxır. Ənənəvi ilan oynatmaq isə onlara qədimdən gəldiyi üçün indi bu qəbilə çalışır ki, həmin ənənəni davam etdirsin. İlan oynatmaq ənənəsi isə getdikcə öz polulyarlığını itirir.xa0

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Hindistanın şimalında Kanpur şəhərinin ətəklərində yerləşən Joqi Dərə qəsəbəsində ölkənin ən qədim ilan oynadan qəbiləsi Saperalar yaşayır. xa0Zəhərəli ilanları tutub dişlərini çıxaran bu qəbilə həyatlarını çox böyük təhlükə altına atırlar. Kəndin uşaqları elə kiçik yaşlarında ilanlarla birlikdə böyüyürlər. 20 il öncəyə qədər Hindistanın bazarlarında məşhur olan ilan oynadanlar ilan sancmalarına qarşı da insanların müraciət etdiyi şəxslərdən biri olublar. Ancaq Hindistan höküməti onların ilanlara əziyyət verməsi qənaətinə gələrək 1991-c ildən ilan oynadılmasına qadağa qoyub.xa0

İlan oynadanlar Hindistanda gündə orta hesabla 200 rupi, yəni təxminən 3 dollar qazanırlar. Bu məbləğ də Hindistan kimi kasıb ölkədə ailə dolandırmağa yetərli deyil. İlançılar adətən dolanşıqlarını insanların onlara verdiyi qidalarla da təmin edirlər. İlan oynatmaq Hindistandan başqa Pakistan, Banqladeş, Şri Lanka, Tayland və Malaziyada bir əyləncə növünə çevrilib. İndi Hindistanda ilan oynadaraq məktəbdən yayınan uşaqlar sonradan çox peşiman olduqlarını bildirirlər.xa0






Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO