Təl-Əvivdə kütləvi etiraz aksiyası keçirilir.
Bizim.Media xəbər verir ki, bu barədə Ynet məlumat yayıb.
Nümayişçilər İsrailin baş naziri Benyamin Netanyahunun istefasını və növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər.
Polis əməkdaşları aksiyanı dağıtmaq üçün su şırnaqlarından istifadə edir.
Etirazların bütün ölkə boyu keçirildiyi bildirilir.
Bizim.Media