Finlandiyanın 13-cü prezidenti bəlli oldu - FOTO

Finlandiyanın 13-cü prezidenti bəlli oldu - FOTO

Hazırda oxunan: Finlandiyanın 13-cü prezidenti bəlli oldu - FOTO
177714
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Finlandiyanın yeni - on üçüncü Prezidenti bəlli olub.

Bizim.Media xəbər verir ki, Milli Koalisiya Partiyasının namizədi Aleksandr Stubb prezident seçkilərinin ikinci turunda qələbə qazanıb. Stubb dövlət başçısı vəzifəsinin icrasına 2024-cü il martın 1-dən başlayacaq.

Professor Kay-Yoran Aleksandr Stubb hazırda Florensiya transmilli idarəetmə məktəbinin direktorudur. O, 2017-ci ilə qədər Baş nazir, maliyyə naziri, xarici işlər naziri, ticarət naziri vəzifələrində çalışıb, Avropa və milli parlamentlərin üzvü olub.

2014-2016-cı illərdə Finlandiyanın “Kokoomus” Milli Koalisiya partiyasının sədri, 2017-2020-ci illərdə isə Avropa İnvestisiya Bankının vitse-prezidenti vəzifəsində çalışıb.

Aleksandr Stubb doktorluq dərəcəsinə malikdir, London İqtisadiyyat məktəbində Beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi, Bruggedə Avropa Kollecində idarəetmə üzrə magistr dərəcəsi və Cənubi Karolinadakı Furman Universitetində siyasi elmlər üzrə bakalavr dərəcəsi alıb. O, həmçinin Parisdəki Sorbonada fransız dili, mədəniyyəti və sivilizasiyasını da öyrənib.

Stubb Avropa işləri ilə bağlı bir çox kitab və elmi məqalə yazıb və “Financial Times” da daxil olmaqla, bir neçə qəzetdə müntəzəm materialları dərc olunur.

Finlandiyanın yeni prezidenti həm də idman azarkeşi və həvəskar triatlonçudur.



Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO