Casus “azmış alpinist”ə çevrilir: Sərhəddə saxlanılan Çexiya vətəndaşının izi ilə... - FOTO/VİDEO

Hazırda oxunan: Casus “azmış alpinist”ə çevrilir: Sərhəddə saxlanılan Çexiya vətəndaşının izi ilə... - FOTO/VİDEO

177473

Fevralın 3-də Ermənistanla şərti sərhəddə Azərbaycan ərazisinə keçməyə cəhd edən Çexiya vətəndaşı saxlanılıb.

Bizim.Media caliber.az-a istinadən xəbər verir ki, xəbər verir ki, onun şərti sərhəddə minalanmış sahədən sağ-salamat keçə bilməsi maraq doğurur.

Hələ o zaman şübhə yaranıb ki, saxlanılan şəxs Qərbin xüsusi xidmət orqanlarından birinin nümayəndəsi ola bilər və casusluq məqsədilə Azərbaycan ərazisinə daxil olmağa çalışıb. Üstəlik, Ermənistan tərəfdəki şərti sərhəddə artıq Avropa İttifaqının kəşfiyyat və müşahidə missiyası fəaliyyət göstərdiyi bir zamanda.
Fevralın 5-də Çexiya Xarici İşlər Nazirliyi öz vətəndaşının saxlandığını təsdiqləyib və Çexiyanın Bakıdakı səfirliyinin nümayəndələrinin onunla görüşmək istədiyini açıqlayıb.

Məlumata görə, Çexiya vətəndaşı D.B. (bəlli səbəblərdən adı açıqlanmır) Laçın rayonu istiqamətində saxlanılıb. İlkin araşdırma zamanı məlum olub ki, fit bədən quruluşlu, orta yaşlı rusdilli kişi olan D.B. özünü alpinist kimi təqdim edib. O, ilkin ifadəsində Qarakilsə (Sisian) istiqamətindən hərəkət etdiyini və ərazidə azdığını bildirib.

Lakin Çexiya vətəndaşının saxlandığı yerdən Qarakilsə kəndinə qədər olan məsafə 13-15 kilometrdir. Bundan başqa, bu istiqamətdə Ermənistan Silahlı Qüvvələrinin bir neçə postu yerləşir və hər iki istiqamətdə mövqelər arasında minalanmış sahələr var.

D. B.-nin dediyinə görə, 37 yaşı var, subaydır və alpinizmlə məşğuldur. Onun sözlərinə görə, bu məqsədlə Meksika, Tayland, İndoneziya, Türkiyə, İtaliya, Fransa və Kolumbiyaya səfər edib. Həmin şəxs İrəvana təyyarə ilə gəlib, iki gün sonra isə Qafan rayonuna gedib. Daha sonra Ermənistanın paytaxtına qayıtmaq qərarına gəlib. Lakin avtomobildən və ya digər nəqliyyat növündən istifadə etmək əvəzinə, o, nədənsə on kilometrlərlə uzaqda olan Qarakilsəyə piyada getməyə qərar verib.


Döyüş növbətçiliyində olan hərbçi onu görüb və vəzifədəki baş zabitə məlumat verib. D.B aşkarlandıqdan sonra əllərini qaldıraraq mövqeyimizə yaxınlaşıb. Azərbaycan hərbçiləri onun paltarını və bel çantasını yoxlayıblar. Çantanın içərisindən iki pasport, mobil telefon, şarj cihazı, dırmaşma ipi, gün eynəyi, optik eynək və təbii ki, peşəkar fotoaparat tapılıb.


D.B.-nin ifadəsində əlavə suallar doğuran müəyyən uyğunsuzluqlar müşahidə edilib. Birincisi, yeni ölkəyə, daha çox sərhədyanı ərazilərdə yerləşən bölgələrə getməzdən əvvəl, heç olmasa, sərhəd təhlükəsizliyinin vəziyyəti ilə əvvəlcədən tanış olmaq məntiqlidir. Üstəlik, Ermənistandakı bir çox Avropa səfirlikləri Ermənistan-Azərbaycan şərti sərhədinə səfərin arzuolunmazlığı ilə bağlı dəfələrlə müvafiq göstərişlər dərc ediblər.

İkincisi, “alpinist” bu qədər erməni postundan necə xəbərsiz keçə bilib? Bu, xüsusi hazırlıq olmadan mümkün deyil. Bəs o minalanmış sahələr? O sahələrə elə həmin ərazilərdə yaşayan çobanlar belə yaxınlaşmağa qorxurlar.

Üçüncüsü, “təcrübəli alpinistin” yanında niyə kompas olmayıb? Uzun illər “dağadırmanma” ilə məşğul olan birisi üçün bu, inandırıcı deyil.

D.B.-nin ifadəsinə şübhə salan daha bir məqam: O, Qafan rayonuna səfər edib. Ötən ilin avqustundan Aİ kəşfiyyat və müşahidə missiyasının ofislərindən biri məhz burada fəaliyyət göstərir.
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO