Kosmosda qiblə necə müəyyən edilir?

Kosmosda qiblə necə müəyyən edilir?

Hazırda oxunan: Kosmosda qiblə necə müəyyən edilir?
174881
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yanvarın 19-da kosmosa uçan ilk türk astronavt Alper Gezeravcının kosmosda namaz qılması barədə yayılan foto geniş müzakirəyə səbəb olub. Əslində, çoxları bunun fotoşop olduğundan xəbərsizdir. Belə ki, həmin foto 2017-ci ildə kosmosa uçan malaziyalı kosmonavt Şeyx Müzəffər Şükürə aiddir. Bununla belə, sözügedən görüntülər kosmosda namaz qılarkən qiblənin necə müəyyən edildiyi barədə sualları gündəmə gətirib. 

Bizim.Media xəbər verir ki, məsələyə aydınlıq gətirən ilahiyyatçı Tural İrfan pravda.az-a açıqlamasında deyib ki, insanın harada olmasından asılı olmayaraq, namaz qılmaq vacib ibadətdir:  

“Dini mətnlərə görə, Həzrəti Peyğəmbərimiz də Meracda olarkən namaz qılmış, hətta digər peyğəmbərlərə öndər olub. Mümkün olduqca insan harada olursa-olsun, namazını qılmalıdır. Ayaq üstə qıla bilmirsə, oturub qılmalı, bu da mümkün deyilsə, işarələrlə icra etməli, fikrən ibadətini yerinə yetirməlidir.
Qibləni isə müəyyən etmək mümkün olduqda vacibdir. Qibləni müəyyən etmək mümkün deyilsə, bunu təyin etmək üçün elə bir cihaz da yoxdursa, kosmosdakı insan namazı, sadəcə, Yer kürəsinə tərəf qılmalıdır. Çünki kosmosdan baxarkən Kəbə Yer üzündədir. Əgər bu da mümkün deyilsə, istənilən səmtə tərəf qıla bilər. Çünki “Qurani-Kərim”də Allah buyurur ki, siz yönünüzü hansı tərəfə çevirsəniz də, Allah sizi görür, eşidir, duyur... Təyyarədə isə adətən qibləni müəyyən etmək olur. Əgər olmasa, hökm eynidir, istənilən, yaxud təxmin edilən səmtə doğru namaz qılmaq olar”. 

Kosmosda qiblə necə müəyyən edilir? - foto 1

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO