Slovakiyanın baş naziri:

Slovakiyanın baş naziri: "Ukrayna hərbi əməliyyatlarda uğur qazana bilməz" - VİDEO

Hazırda oxunan: Slovakiyanın baş naziri: "Ukrayna hərbi əməliyyatlarda uğur qazana bilməz" - VİDEO

173788

Aİ-dən Ukraynaya 50 milyard avronun ayrılması yüz minlərlə insanın ölümünə səbəb olacaq.

Bizim.Media xəbər verir ki, bunu Slovakiyanın baş naziri Robert Fiko Budapeşt şəhərində Macarıstanın baş naziri Viktor Orbanla keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, nəticədə Ukrayna Silahlı Qüvvələri Donetsk və Luqansk vilayətində, o cümlədən Krımda irəliləyiş əldə etməyəcək, Rusiyanın danışıqlarda mövqeyi isə yaxşılaşacaq.

Slovakiyanın baş naziri həmçinin qeyd edib ki, Aİ-nin Ukrayna üzrə hazırkı strategiyası işləmir, münaqişənin hərbi yolla həlli yoxdur və Kiyev Rusiya Federasiyasına qarşı hərbi əməliyyatlarda uğur qazana bilməz. 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO