Sosial şəbəkələrdə 63 il öncə şəhid olmuş müsəlman əsgərlərin cəsədləri nümayiş etdirilməkdədir. Təzadlısı ondadır ki, cəsədlərin heç biri çürüməyib.xa0
Moderator.az xarici mediaya istinadla xəbər verir ki, qəribə olay Əlcəzairdə baş verib.xa0
Ölkənin Ümmül-Bavki rayonunun dağlıq ərazisindəki mağaralardan birində 1954-cü ildə işğalçı Fransa ordusu ilə savaşlarda şəhid olmuş müsəlman döyüşçülərin cəsədləri tapılıb. İlkin araşdırmalara görə, mühasirəyə düşmüş mücahidlər zəhərli qaz vasitəsilə şəhid ediliblər.xa0
Video-görüntülərdən də aydın olur ki, şəhid cəsədləri çürüməyə məruz qalmayıb. Bundan əlavə, onların daşınmasında iştirak edənlər xa0şəhid hərbçilərin meyitlərindən müşk-ənbər qoxusu gəldiyini də bildiriblər.
Allah İslam dünyasının cəmi şəhidlərinə rəhmət eləsin!
Sultan Laçın
































































































