Rusiya Çinə rekord həcmdə qaz tədarük edib

Rusiya Çinə rekord həcmdə qaz tədarük edib

Hazırda oxunan: Rusiya Çinə rekord həcmdə qaz tədarük edib

169432

Dekabrın 16-da Rusiyanın “Qazprom” enerji konserni “Sibirin gücü” qaz kəməri ilə Çinə rekord həcmdə qaz tədarük edib.

Bizim.Media xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti teleqram kanalında məlumat yayıb.

Məlumata görə, tədarükün gündəlik həcmi Çinin CNPC şirkəti ilə razılaşdırılmış müqavilə öhdəliklərini üstələyib.

"Qazprom" Çin tərəfinin tələbini tam yerinə yetirib və bununla da ÇXR-ə gündəlik qaz tədarükü üzrə yeni tarixi rekorda imza atılıb.
Hazırda “Qazprom” Rusiya qazını Çinə 30 illik müqavilə əsasında ildə 38 milyard kubmetr həcmində tədarük edir. İxrac 2019-cu ilin dekabrında başlayıb.

Həcmləri artırmaq qərarı Çin istehlakçılarının artan tələbini ödəmək üçün qəbul edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO