“Bayraktar-TB3”ün 5-ci sınaq uçuşu uğurla həyata keçirilib - FOTO

“Bayraktar-TB3”ün 5-ci sınaq uçuşu uğurla həyata keçirilib - FOTO

Hazırda oxunan: “Bayraktar-TB3”ün 5-ci sınaq uçuşu uğurla həyata keçirilib - FOTO
163808
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin Baykar şirkəti tərəfindən milli və bənzərsiz olaraq hazırlanmış Bayraktar TB3 S/PUA 5-ci uçuş testini uğurla başa vurub. 

Bu barədə Bizim.Media-ya Baykar şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Baykar tərəfindən milli və bənzərsiz olaraq inkişaf etdirilən silahlı pilotsuz uçuş aparatı Bayraktar TB3-ün sınaq prosesi davam edir. 

Milli PUA-nın orta hündürlükdə sistem performansının ölçüldüyü 5-ci uçuş sınağı Tekirdağın Çorlu rayonundakı AKINCI Uçuş Tədris və Test Mərkəzində keçirilib. Bayraktar TB3 PUA, 5-ci sınaq uçuşu çərçivəsində orta hündürlükdə performans testi zamanı ilk dəfə eniş şassisi bağlı olaraq uçub. Milli PUA 6 saatlıq uğurlu uçuş sınağı nəticəsində daha bir mühüm uğur əldə edib.

Şirkətdən bildirilib ki, TEI tərəfindən yerli istehsal edilən PD-170 mühərriki ilə təmin edilmiş Bayraktar TB3 S/PUA, 4 noyabr 2023-cü il tarixində Mərmərə bölgəsini təsir edən və güclü cənub-qərb küləyinin yaratdığı çətin hava şəraitinə baxmayaraq, 3-cü uçuş testində 5 saatlıq uçuş həyata keçirib. 
Qeyd edək ki, Bayraktar TB3 noyabrın 8-də keçirdiyi 4-cü uçuş testində 6 saat havada qalaraq yüksək və aşağı sürətlə sistem identifikasiya testlərini müvəffəqiyyətlə tamamlayıb.

“Bayraktar-TB3”ün 5-ci sınaq uçuşu uğurla həyata keçirilib - FOTO - foto 1
“Bayraktar-TB3”ün 5-ci sınaq uçuşu uğurla həyata keçirilib - FOTO - foto 2
“Bayraktar-TB3”ün 5-ci sınaq uçuşu uğurla həyata keçirilib - FOTO - foto 3
“Bayraktar-TB3”ün 5-ci sınaq uçuşu uğurla həyata keçirilib - FOTO - foto 4
“Bayraktar-TB3”ün 5-ci sınaq uçuşu uğurla həyata keçirilib - FOTO - foto 5
Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO