İsrail ordusu QƏZZADA – Yaxın Şərq böyük SAVAŞA SÜRÜKLƏNİR? 

İsrail ordusu QƏZZADA – Yaxın Şərq böyük SAVAŞA SÜRÜKLƏNİR? 

Hazırda oxunan: İsrail ordusu QƏZZADA – Yaxın Şərq böyük SAVAŞA SÜRÜKLƏNİR? 

161895

İsrail Qəzzada genişmiqyaslı quru əməliyyatına artıq start verib. Belə ki, İsrail ordusu tanklarla Beyt Hanun şəhəri istiqamətindən Qəzza zolağına doğru irəliləyir. Ondan bir gün öncə isə Qəzza zolağı müharibə başlayandan bəri ən güclü bombardmana məruz qalıb. Qəzzada mobil rabitə və internet kəsilib. İsrailin müdafiə naziri Yoav Qalantın açıqlamasına görə, planlaşdırılan quru əməliyyatı 3 aya qədər davam edə bilər.  

Onun sözlərinə görə, İsrail HƏMAS-ı aradan qaldırsa, bu, sonuncu əməliyyat olacaq:

“Düşmən zirehli texnika və piyadalarımızla qarşılaşmazdan əvvəl, hərbi-hava qüvvələrimizin bombalarını görəcək”. 

Bizim.Media-ya açıqlama verən politoloq Tural İsmayılov düşünür ki, baş verən son proseslərə rəğmən ABŞ Təl-Əvivi geniş miqyaslı quru əməliyyatından çəkindirəcək: 

“İsrailin Qəzzada quru əməliyyatına başlaması bu ölkə rəhbərliyi tərəfindən verilən açıqlamalarla özünü xarakterizə edirdi. Həm İsrailin baş naziri Benyamin Netanyahu, həm də hərbi rəhbərlik, özəlliklə müdafiə naziri Yoav Qalant tezliklə quru əməliyyatının başlanacağını vurğulamışdılar.  

İsrail anlayır ki, münaqişənin ölü sükut nöqtəsində dayanması, atəşkəsin elan edilməsi müvəqqəti xarakter daşıyır və sonrakı dövrdə yenə hansısa bir formada gərginlik arta bilər. Hansı ki, bu hadisələr hər dəfə hər iki tərəfdən dinc insanların kütləvi ölümünə səbəb olur.

Özəlliklə də HƏMAS-ın İsraildə keçirilən rəqs festivalı keçirilən məkana hücum edib sivil insanları əsir götürməsi, onları öldürməsi Təl-Əvivin səbr kasasını daşdıran son damla oldu.
Amma bu fonda belə İsrail geniş miqyaslı quru əməliyyatları keçirməyə tələsməyəcək.Baxmayaraq ki, Qəzzaya hücumlarının sayını artırıb. Hətta İsrail tanklarının bəzi bölgələrdən Qəzzaya daxil olduğu barədə məlumatlar var. Lakin quru əməliyyatları faktiki olaraq III dünya müharibəsinin içərisində olan beynəlxalq münasibətlər sistemində vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər.  

O baxımdan hesab edirəm ki, bundan sonrakı dövrdə xarici qüvvələr, özəlliklə də ABŞ İsraili quru əməliyyatından çəkindirəcək. Vaşinqton vəziyyətin daha da gərginləşməməsi üçün quru əməliyyatın başlanmasını istəmir”.  

Həmsöhbətimiz quru əməliyyatının başlanması fonunda belə digər dövlətlərin də prosesə qoşulacağını düşünmür: 

“Hər halda həm İsraili, həm də HƏMAS-ı dəstəkləyən qüvvələr təhrikçi ritorikadan çıxış edən bəyanatlar verəcək. Amma onlar birbaşa müharibənin iştirakçısı olmayacaqlar”.  

Ekspertə görə, quru əməliyyatının nəticəsi İsrailin maraqları baxımından HƏMAS-ın tamamilə bitirilməsilə nəticələnə bilər: 

“Amma bu proses fonunda çoxlu sayda dinc fələstilinin həlak olması da mümkündür. Çünki Qəzza mürəkkəb struktura malik şəhərdir. Yerin altında bunkerlər var, üstə isə sivil insanlar yaşayır. Bu isə daha böyük insan tələfatı ilə nəticələnə bilər”. 

Rüfət Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO