Səmərqənddə MDB-nin iclası keçirilir

Səmərqənddə MDB-nin iclası keçirilir

Hazırda oxunan: Səmərqənddə MDB-nin iclası keçirilir
1608
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Özbəkistanın Səmərqənd şəhərində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun sədrliyi ilə MDB ölkələri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilir.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, iclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın hərbi nümayəndə heyətlərinin, MDB İcraiyyə Komitəsinin və MDB Müdafiə Nazirləri Şurasının Katibliyinin nümayəndə heyətləri iştirak edirlər.

Rusiya Müdafiə Nazirliyindən verilən məlumatda qeyd olunur ki, MDB iştirakçısı olan dövlətlərin hərbi nümayəndə heyətlərinin rəhbərləri qarşılıqlı maraq doğuran müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək, habelə MDB ölkələrinin sərhədlərinin perimetri üzrə yaranmış hərbi-siyasi vəziyyətə dair fikir mübadiləsi aparacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO