Rusiya noyabr ayında İranla memorandum imzalayacaq

Rusiya noyabr ayında İranla memorandum imzalayacaq

Hazırda oxunan: Rusiya noyabr ayında İranla memorandum imzalayacaq
157614
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya və İran noyabr ayında xüsusi iqtisadi zonalar (XİZ) arasında əməkdaşlıq memorandumu imzalaya bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin (İİN) mətbuat xidməti İİN rəhbərinin müavini Dmitri Vaxrukov ilə İslam Respublikası Prezidentinin müşaviri – İranın Azad Ticarət, Sənaye və Xüsusi İqtisadi Zonalar üzrə Ali Şurasının katibi Əbdül Maliki Höcətallah arasında baş tutmuş görüşdən sonra məlumat verib.

“İştirakçılar bu ilin noyabrında Rusiya və İranın xüsusi iqtisadi zonaları arasında əməkdaşlığa dair memorandum imzalamaq barədə razılığa gəliblər ki, bu memorandum istehsal, ticarət-iqtisadi və investisiya qarşılıqlı fəaliyyəti üçün XİZ-lər arasında əlaqələrin genişləndirilməsinə yönələcək”, - Rusiya nazirliyindən qeyd edilib.

İİN-dən əlavə ediblər ki, memorandum ümumi xarakter daşıyır, ona görə də memorandumun davamı olaraq imzalanacaq sənədlərlə bağlı bəzi məsələlər qalmaqdadır.

D.Vaxrukov, həmçinin iranlı həmkarlarına Rusiyada Texnologiya və Logistika İttifaqının yaradıldığını xatırladıb, onları əməkdaşlığa dəvət edib. İttifaq Xəzəryanı dövlətlərin xüsusi iqtisadi zonalarının tərəfdaşlığı haqqında əldə edilmiş razılaşmanın davamı olaraq yaradılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO