“Türkiyə PUA-ları bütün dünyanın diqqət mərkəzindədir” - Selçuk Bayraktar

Hazırda oxunan: “Türkiyə PUA-ları bütün dünyanın diqqət mərkəzindədir” - Selçuk Bayraktar

157278

Türkiyə istehsalı PUA-lar bütün dünyanın diqqət mərkəzindədir.

Bizim.Media TurkicWorld-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar məlumat verib.

"Hazırda "Bayraktar AKINCI" PUA-ya ciddi tələbat var. KIZILELMA hələ inkişaf mərhələsində olsa da, dünyanın hər yerindən tələb var. "Bayraktar TB2" dünyada ən yaxın rəqibindən beş dəfə daha çox tanınır. "Bayraktar TB2" indiyə qədər 32 ölkəyə ixrac edilib”, - deyə o qeyd edib.
S.Bayraktar onu da vurğulayıb ki, süni intellektdən sağlamlıqda innovasiyaya qədər texnologiyanın bütün sivil sahələrində dünyaya iz qoyacaq türk layihələri olacaq.

Qeyd edək ki, 27 sentyabr-1 oktyabr tarixlərində İzmirdə TEKNOFEST festivalı keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO