Peskovdan Vardanyanın saxlanılmasına REAKSİYA

Hazırda oxunan: Peskovdan Vardanyanın saxlanılmasına REAKSİYA

157245

Kreml erməni əsilli iş adamı, Azərbaycan ərazisinə qeyri-qanuni gələrək qondarma rejimin “dövlət naziri” vəzifəsində çalışmış Ruben Vardanyanın Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb, Bakıya gətirilməsinə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov onda belə bir məlumatın olmadığını söyləyib.

“Bu barədə heç nə deyə bilmərəm. Kim saxlanılıb, ümumiyyətlə saxlanılıbmı və onun Rusiya vətəndaşlığı varmı bilmirəm”, - deyə Kremlin sözçüsü bildirib.

Eyni zamanda o, əlavə edib ki, əgər Vardanyanın Rusiya vətəndaşlığı varsa, o zaman Rusiya Federasiyası onun hüquqlarını qoruyacaq.

Qeyd edək ki, Ruben Vardanyan Rusiya Prezidenti Vladimir Putinin qərarı ilə 22 dekabr 2022-ci il tarixində Rusiya vətəndaşlığından çıxarılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO