Quterreş azərbaycanlı diplomata yüksək vəzifə verdi

Quterreş azərbaycanlı diplomata yüksək vəzifə verdi

Hazırda oxunan: Quterreş azərbaycanlı diplomata yüksək vəzifə verdi
150034
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

BMT-nin baş katibi Antonio Quterreş qurumun azərbaycanlı rəsmisi, təşkilatın Əfqanıstanda Yardım Missiyasında (UNAMA) Əfqanıstan üzrə xüsusi nümayəndəsinin müavini, eyni zamanda, BMT-nin rezident və humanitar əlaqələndiricisi Ramiz Ələkbərovu yeni vəzifəyə təyin edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Report-a BMT baş katibinin mətbuat katibinin müavini Fərhan Haq məlumat verib. 

O bildirib ki, R.Ələkbərov beynəlxalq təşkilatın Efiopiyadakı rezident əlaqələndiricisi vəzifəsinə təyin olunub. 

F.Haq əlavə edib ki, BMT baş katibi R.Ələkbərova bölgədə təşkilatın humanitar məsələlər üzrə əlaqələndiricisi vəzifəsini də həvalə edib. 

Qeyd edək ki, R.Ələkbərov ötən üç il ərzində BMT-nin Əfqanıstandakı fəaliyyəti müddətində uğurlu işi, defakto hakimiyyətlə əfqan qadınların və qızların hüquqlarının bərpası üçün mübarizəsi və bölgədə baş verənlərlə bağlı mütəmadi olaraq jurnalistləri məlumatlandırması ilə yadda qalıb.

O, daha öncələr BMT-nin Əhali Fondunun Ərəb Dövlətləri üzrə Regional Bürosunun regional direktorunun müavini (2014–2015) və Cənubi Sudandakı Ofisinin rəhbəri (2010) vəzifələrində çalışıb. R.Ələkbərov 2020-ci ilin fevral ayından iyul ayına qədər UNFPA-da İdarəetmə üzrə İcraçı direktorun müavini və Baş katibin köməkçisi vəzifələrində çalışıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO