İsrailli həkimlərdən AĞILASIĞMAZ ƏMƏLİYYAT – DETALLAR  

Hazırda oxunan: İsrailli həkimlərdən AĞILASIĞMAZ ƏMƏLİYYAT – DETALLAR  

146398

Qüdsdəki Hadassa Tibb Mərkəzində israilli cərrahlar ağır qəzaya düşən muxtariyyət sakini ərəb oğlanın başını bağlamaq üçün “heyrətləndirici” və son dərəcə mürəkkəb əməliyyat keçiriblər. 

Bizim.Media “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki , 12 yaşlı Süleyman Həsəni velosipedi ilə hərəkətdə olarkən onu avtomobil vurub.  

Nəticədə onun başına daxili dekapitasiya deyilən hadisə baş verib: həkimlər ona atlanto-oksipital oynağın ikitərəfli dislokasiyası diaqnozu qoyublar, nəticədə uşağın kəllə sümüyü yuxarı fəqərələrdən demək olar ki, tamamilə ayrılıb. 
Qəzadan sonra ağır yaralı uşaq təcili olaraq Qüdsə aparılıb və dərhal Hadassa travma şöbəsində əməliyyat olunub. İsrailli həkimlərin dediyinə görə, onun başı boynundan, demək olar ki, tamamilə ayrılıb. 

Əməliyyata rəhbərlik edən ortoped həkim Ohad Einav bildirib ki, cərrahi əməliyyat bir neçə saat davam edib və həkimlər zədələnmiş nahiyədə yeni lövhələr və fiksatorlar - sümük greftləri və implantlardan istifadə ediblər. 

Doktor Einavın sözlərinə görə, "belə bir zədə son dərəcə nadirdir". Dünya statistikasına görə, başının daxili kəsilməsinə məruz qalanların sağ qalma səviyyəsi aşağıdır. Əksər hallarda zədə ölümlə başa çatır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO