Hindistanın qərbində daşqınlar: 11 ölü var

Hindistanın qərbində daşqınlar: 11 ölü var

Hazırda oxunan: Hindistanın qərbində daşqınlar: 11 ölü var

144202

Hindistanın qərbindəki Qucarat ştatında son iki gündə güclü musson yağışlarının yaratdığı daşqınlar nəticəsində azı 11 nəfər ölüb.

Bizim.Media xəbər verir ki, bu barədə "Press Trust of India" xəbər agentliyi məlumat yayıb.

Sinoptiklərin məlumatına görə, ştatda sutka ərzində orta hesabla 32 mm yağıntı düşüb.

Hindistan Meteorologiya Departamenti leysanın Qucaratda iyulun 3-ə qədər davam edəcəyini bildirib.

Ştatda kəndlərə giriş-çıxış yollarının su basması səbəbindən bağlandığı deyilir.

Hindistanın daxili işlər naziri Amit Şah bəyan edib ki, Qucarat hökuməti güclü yağışlar zamanı insanlara kömək üçün əlindən gələni edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO