Sabah Türkmənistanda ilk “ağıllı” şəhərin açılışı olacaq

Hazırda oxunan: Sabah Türkmənistanda ilk “ağıllı” şəhərin açılışı olacaq

143639

Sabah Türkmənistanda ilk “ağıllı” şəhər olan Arkadağın açılışı olacaq. Şəhər “ağıllı şəhər” konsepsiyası əsasında inşa edilib. Təşəbbüskar keçmiş prezident Qurbanqulu Berdiməhəmmədovdur. 

Bizim.Media xəbər verir ki, bu barədə hökumətin rusdilli “Neytral Türkmənistan” qəzeti məlumat yayıb.

Dövlət başçısı Serdar Berdiməhəmmədov Arkadağ şəhərində bununla bağlı müvafiq qərara imza atıb.

Arkadağ Aşqabaddan 30 kilometr cənub-qərbdə yerləşir. Onun tikintisinə dörd il əvvəl o vaxtkı prezident Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü və iştirakı ilə başlanılıb. O, ölkədə ekoloji cəhətdən təmiz nəqliyyata malik ilk “ağıllı” şəhər tikməyi planlaşdırırdı. Arkadağda həmçinin “ağıllı” dayanacaqlar, günəş panelləri, külək turbinləri və s. fəaliyyət göstərəcək.

Tikinti 3,3 milyard dollara başa gəlib. Bu yalnız birinci mərhələdir. İkinci mərhələnin tikintisi də nəzərdə tutulub. Artıq şəhərdə Dövlət Arxivi, eyniadlı telekanal, qəzet və futbol klubu fəaliyyət göstərir.

Arkadağın iyunun 29-da Türkmənistan Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədovun doğum günündə açılışı planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO