Angela Merkel türk dönəri hazırladı  - FOTOLAR

Angela Merkel türk dönəri hazırladı - FOTOLAR

Hazırda oxunan: Angela Merkel türk dönəri hazırladı - FOTOLAR

143572
Almaniya kansleri Angele Merkel lideri olduğu Xristian Demokrat Birlik Partiyası və Xristian Sosial Birlik Partiyası tərəfindən paytaxt Berlində təşkil olunan ənənəvi yaz festivalına qatılıb.
 
Türkiyə mediası xəbər verir ki, A.Merkel festivalda nümayiş olunan şirkətlərin stendləri ilə yaxından tanış olub.
 
Türk stendi ilə də tanış olan A.Merkel dönər aparatının başına keçərək, özü üçün dönər də hazırlayıb. Almaniya kansleri həmin dönərdən dadaraq, dadından məmnun qaldığını söyləyib.
 
Daha sonra A.Merkel türk stendində çalışan insanlarla xatirə fotosu çəkdirib.
 
Almaniyadakı dönər şirkətinin türkiyəli sahibi Hanifi Aydın A.Merkelin onun stendi ilə tanış olmasının gözlənilməz olduğunu söyləyib.(publika.az )









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO