Sumqayıt şəhərində yeniyetmənin ölümü ilə nəticələnən faciəvi hadisə qeydə alınıb.
Bizim.Media “nocomment.az”a istinadla xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayon ərazisində baş verib.
İlkin məlumatlara görə, 15 yaşlı Gülsüm Rafiq qızının (azyaşlı olduğu üçün ad şərti qeyd edilib) yaşadığı evdə cansız bədəni tapılıb .
Hadisənin dəqiq səbəbləri və qızın hansı şəraitdə ölməsi hələlik məlum deyil.
Ölümün səbəblərini müəyyənləşdirmək üçün müvafiq ekspertizalar təyin edilib.
Bizim.Media







































































































