Bakıda məşhur siqaret yoxa çıxıb - Satış nöqtələrində tapılmır

Bakıda məşhur siqaret yoxa çıxıb - Satış nöqtələrində tapılmır

Hazırda oxunan: Bakıda məşhur siqaret yoxa çıxıb - Satış nöqtələrində tapılmır

617234

Son günlər "Winston" brendinin "XStyle Dual" adlı siqaret məhsulu satış məntəqələrində tapılmır.

Bizim.Media xəbər verir ki, “yenisabah.az” məsələni araşdırmaq üçün Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən satış məntəqələrinə üz tutub.

Belə ki, Nərimanov metrosu ətrafında fəaliyyət göstərən 2 market və 4 köşkdə "XStyle Dual" məhsulu ilə maraqlandıq. Satıcıların hamısı məhsulun hazırda satışda qalmadığını bildirdi.

Onların sözlərinə görə, siqaret bir müddətdir tükənib və yeni partiyanın nə vaxt gətiriləcəyi barədə məlumat verilməyib.
 

Araşdırma zamanı məlum olub ki, təkcə Nərimanov ərazisində deyil, İnşaatçılar və Sahil, İçərişəhər metrostansiyaları istiqamətində yerləşən bir sıra market və köşklərdə də sözügedən məhsulu tapmaq mümkün deyil.


Məhsulun satışdan niyə yoxa çıxması ilə bağlı rəsmi açıqlama yoxdur.

Siqaretin bazarda qıtlaşmasının təchizat problemi, satış strategiyasındakı dəyişiklik və ya qiymət artımı ilə əlaqədar olub-olmadığı hələlik məlum deyil.

Qeyd edək ki, cəmiyyət arasında sözügedən siqaretin qiymətinin yaxın vaxtlarda artırılacağı ilə bağlı iddialar yayılır. Hazırda məhsul 4 manat 60 qəpiyə satılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO