Bizim şirkət keçən ildən Azərbaycanda fəaliyyət göstərir. Buna baxmayaraq, bir çox dövlət və kommersiya sahəsində layihələr hazırlayıb, icra etmişik. Hazırda dövlət dayanıqlığı üçün, həmçinin, kommersiya sahəsində bir çox kibertəhlükəsizlik həlləri təqdim edirik.
Bunu Bizim.Media-ya açıqlamasında Kibertəhlükəsizlik və İT infrastruktu üzrə regional VAD (əlavə dəyərli distribyutor) olan iIT Distribution (iITD) Azerbaijan şirkətinin Ölkə üzrə Baş Direktoru Elnur Xəlilzadə Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində deyib.
Direktor bildirib ki, şirkətin geniş portfeli və həmin portfeldə eksklüziv məhsullar təqdim olunur:
"Təqdim olunan məhsullar kibertəhlükəsizlik dövriyyəsini tam bağlayacaq məhsullardır. Bizim ofis regionun korporativ ofisi olduğu üçün bütün investisiyalar Azərbaycana yatırılacaq. Bura mühəndis yetişdirilməsi, komandanın daha da genişləndirilməsi daxildir. Yəni əsas komanda burada olacaq".
Şirkət nümayəndəsinin sözlərinə görə, şirkət bir sıra bank və dövlət qurumları ilə çalışır:
"Biz həm kiber hücumlarının qarşısını almaq, həm də kiber hücumları öncədən bilmək üçün həllər tətbiq edirik".






Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:19 / 04.06.2026
Bakıda mühüm AÇIQLAMA: Bankların və dövlətin kibertəhlükəsizliyi yerli mühəndislərə əmanət olunur - FOTO
Hazırda oxunan: Bakıda mühüm AÇIQLAMA: Bankların və dövlətin kibertəhlükəsizliyi yerli mühəndislərə əmanət olunur - FOTO
Hazırda oxunan: Bakıda mühüm AÇIQLAMA: Bankların və dövlətin kibertəhlükəsizliyi yerli mühəndislərə əmanət olunur - FOTO
617247
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































