Qlobal texnologiya nəhəngi Azərbaycanda fəaliyyətini genişləndirir - FOTO

Qlobal texnologiya nəhəngi Azərbaycanda fəaliyyətini genişləndirir - FOTO

Hazırda oxunan: Qlobal texnologiya nəhəngi Azərbaycanda fəaliyyətini genişləndirir - FOTO
617281
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

IV Milli Kibertəhlükəsizlik Forumunda təşkil olunmuş sərgidə Azərbaycanın R.I.S.K. şirkəti ilə birgə iştirak edirik.

Bunu Bizim.Media-ya açıqlamasında OPSWAT şirkətinin nümayəndəsi Kənan Düzdaş Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində deyib.

Şirkət nümayəndəsi bildirib ki, Türkiyədə və ümumilikdə regionumuzda əsasən iki istiqamətdə – maliyyə qurumları və dövlət qurumları ilə intensiv şəkildə işləyirik:

"OPSWAT olaraq qlobal səviyyədə üç region: Müstəqil Dövlətlər Birliyi (MDB), Türkiyə və Afrikaya cavabdehik. MDB ölkələri də bizim fəaliyyət göstərdiyimiz ölkələrdir və burada güclü partnyorlarımızla birgə əməkdaşlıq edirik. Şirkət olaraq bu sahədə müxtəlif həllər təqdim edirik. Quality of Service (QoS) tətbiqlərimiz, Metal Defender platformamız və təhlükəsizliyi təmin edən məhsullarımız var. Əsas fokuslarımızdan biri fayl təhlükəsizliyidir. Təqdim etdiyimiz platformalar vasitəsilə kompleks fayl təhlükəsizliyi təmin olunur".

O vurğulayıb ki, Azərbaycan bizim üçün xüsusilə vacib partnyorlardan biridir və burada texnologiyaya böyük önəm verilir:

"Biz də OPSWAT olaraq bu bölgədə, xüsusilə Azərbaycanda fəaliyyətimizi daha da genişləndirmək üçün son bir il ərzində daha intensiv şəkildə çalışırıq və RİSK şirkəti ilə daha yaxından çalışırıq".

Qlobal texnologiya nəhəngi Azərbaycanda fəaliyyətini genişləndirir - FOTO - foto 1
Qlobal texnologiya nəhəngi Azərbaycanda fəaliyyətini genişləndirir - FOTO - foto 2
Qlobal texnologiya nəhəngi Azərbaycanda fəaliyyətini genişləndirir - FOTO - foto 3


Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO