Biləsuvarda yük maşını ilə “Mercedes” toqquşdu: xəsarət alanlar var

Biləsuvarda yük maşını ilə “Mercedes” toqquşdu: xəsarət alanlar var

Hazırda oxunan: Biləsuvarda yük maşını ilə “Mercedes” toqquşdu: xəsarət alanlar var

617276

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə köhnə Ələt–Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində baş verib.

İlkin məlumata görə, "DAF" markalı yük maşını ilə "Mercedes" markalı minik avtomobili toqquşub. Nəticədə iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralananlar təcili tibbi yardım vasitəsilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
 

TƏBİB-in açıqlamasına əsasən, 1961-ci il təvəllüdlü qadında döş qəfəsi və sol baldır nahiyəsinin əzilməsi, həmçinin üz nahiyəsində sınıq və çıxıq aşkarlanıb. Ona zəruri tibbi müdaxilə göstərildikdən sonra müalicəsinin davam etdirilməsi məqsədilə Kliniki Tibbi Mərkəzə göndərilib.


1950-ci il təvəllüdlü qadına isə döş qəfəsinin sol hissəsində 9-cu və 10-cu qabırğaların sınığı, eləcə də sol baldır nahiyəsinin yüngül travması diaqnozu qoyulub. Tibbi yardımdan sonra onun ambulator müalicə almasına qərar verilib.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO