“Bütün sahələrdə süni intellektin imkanlarından istifadə etmək bizim müdafiə imkanlarımızın artırılmasına kömək edəcək”.
Bizim.Media xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov "IV Milli Kibertəhlükəsizlik Forumu”nun “Milli Kibertəhlükəsizlik Ekosistemi” mövzusunda keçirilən sessiyada deyib.
“Biz mütləq sürətdə dövlət-özəl tərəfdaşlığının, süni intellekt əsaslı müdafiə mexanizmlərinin gücləndirilməsi, risklərin qiymətləndirilməsi, eyni zamanda, böyük həcmli məlumatlarda yeni risklərin meydana çıxmaması üçün süni intellekt həllərinin artırılması istiqamətində təşəbbüslərimizi artırmalıyıq”.
Davud Rüstəmov kibertəhlüksəzliyin qorunması istiqamətində beynəlxalq əməkdaşlıqdan da söz açıb:
“Bizim dünyanın 160 kibertəhlükəsizlik mərkəzi ilə əlaqə nöqtələrimiz var. Budapeşt Konvensiyası çərçivəsində 24/7 əlaqə kanalı üzrə biz kibercinayətkarlıq hallarının araşdırılması istiqamətində tədbirlər görürük. BMT-nin yeni qəbul olunmuş və Azərbaycanın ilk ratifikasiya etdiyi kibertəhlükəsizliklə bağlı konvensiyası üzərində də işlər gedir”.
Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi ilk dəfə olaraq Kibertəhqiqat istiqamətinin DTX-də fəaliyyətə başladığını da elan edib:
“Kibertəhqiqatın həm prossesual hissəsi, həm də kibertədqiqat hissələrinin tandemdə çalışması ilə, kibertəhdidlərə qarşı mübarizədə ciddi irəliləyişlərin əldə olunmasını hədəfləmişik”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:03 / 04.06.2026
Davud Rüstəmov: “160 ölkənin kibertəhlükəsizlik mərkəzi ilə əməkdaşlıq edirik”
Hazırda oxunan: Davud Rüstəmov: “160 ölkənin kibertəhlükəsizlik mərkəzi ilə əməkdaşlıq edirik”
Hazırda oxunan: Davud Rüstəmov: “160 ölkənin kibertəhlükəsizlik mərkəzi ilə əməkdaşlıq edirik”
617156
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































