Əraqçi Xameneinin öldürüldüyü gündən danışdı - DETALLAR

Əraqçi Xameneinin öldürüldüyü gündən danışdı - DETALLAR

Hazırda oxunan: Əraqçi Xameneinin öldürüldüyü gündən danışdı - DETALLAR

617262

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin mərhum ali lideri Əli Xameneinin ofisinin müharibədə hədəfə alınması haqda danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə Abbas Əraqçi “Əl-Məyadin” kanalına müsahibəsində danışıb.
 

Əraqçının sözlərinə görə, o, Cenevrədə keçirilən danışıqlardan qayıtdıqdan sonra şənbə günü səhər ali rəhbərə hesabat vermək üçün onun ofisinə gedib. Bu hesabat əsasən danışıqların nəticələri və bölgədə müharibə ehtimalını artıran durumla bağlı olub.


Əraqçı deyib ki, görüş zamanı yerləşdikləri bina hücuma məruz qalıb. Amma zərbə binaya dəysə də, olduqları yer zərər görməyib.

“İlk düşündüyüm məsələ ali rəhbərin vəziyyətinin necə olacağı idi. Normal iş qaydasına əsasən, onun həmin vaxt öz ofisində olması gözlənilirdi”, – deyə İranın xarici işlər naziri bildirib.

Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin ilk zərbələri nəticəsində İslam Respublikasının bir sıra yüksək vəzifəli hərbi və siyasi rəsmiləri ilə birlikdə öldürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO