Putin: “Rusiya hərbçiləri ölkəni vətəndaş müharibəsindən xilas etdilər” - VİDEO

Hazırda oxunan: Putin: “Rusiya hərbçiləri ölkəni vətəndaş müharibəsindən xilas etdilər” - VİDEO

143551

“Silahlı üsyana cəhd zamanı Rusiya hərbçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları insanların təhlükəsizliyini qorumaq üçün səy göstərdilər və ölkəni faktiki olaraq vətəndaş müharibəsindən xilas etdilər”. 

Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. 

Onun sözlərinə görə, son hadisələr zamanı Rusiya Federasiyası xüsusi əməliyyat zonasından döyüş hissələrini çıxarmaq məcburiyyətində qalmayıb. 

Rusiya Prezidenti Silahlı qüvvələrin, hüquq-mühafizə orqanlarının və xüsusi xidmət orqanlarının bütün şəxsi heyətinə xidmətlərinə, cəsarətlərinə və şücaətlərinə, Rusiya xalqına sədaqətlərinə görə təşəkkür edib. 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO